Polad Bülbüloğlunun anası 2-ci Fəxri Xiyabanda dəfn olunacaq

SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anası, 93 yaşlı Adelaida Məmmədova bu gün dəfn olunacaq.


Sabahinfo.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, mərhumla vida mərasimi saat 14-də Təzəpir Məscidində keçiriləcək. A.Məmmədova 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.


Xatırladaq ki, A. Məmmədovaaprel ayının 25-də vəfat edib.


Adelaida Məmmədova 1977-ci ildə Bülbülün Memorial Muzeyi yaradılarkən onun direktoru təyin edilib.