Putin suallara cavab verir - CANLI YAYIM - YENİLƏNİB

"Hazırki Türkiyə hökuməti radikallarla mübarizə aparmaq əvəzinə onlarla əməkdaşlıq edir”.

Bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırarkən deyib.

"Türkiyənin kifayət qədər daxili problemi var. Ölkənin cənubunda faktiki müharibə gedir. Dünya birliyi orada baş verənləri görmək istəmir. Lakin bu faktdır. Orada artilleriya, tankların tətbiqi ilə əməliyyatlar aparılır.

Türkiyədə demək olar ki, hər həftə terror aktları törədilir. Türkiyə rəhbərliyi gəlirlər çox olduğu üçün turistlərin təhlükəsizliyini təmin etməyə çalışacaq. Şübhəsiz ki, onlar bunu etməyə cəhd edəcəklər. Onlar bunu edə biləcəkmi? Bu? böyük sualdır. Misirdə odluğu kimi, bizim vətəndaşlarımıza Türkiyədə istirahətin təhlükəli olduğunu deməyə bilmərik”

***

`Suriyada qalan hərbçilərimiz mühüm tapşırıqları həyata keçirməyə hazırdır`.

Bu barədə Rusiya prezidenti Vladimir Putin canlı yayımda sualları cavablandırarkən bildirib.

Putinin sözlərinə görə, Rusiya hərbçilərinin böyük əksəriyyəti Suriyadan çıxarıldıqdan sonra Suriya ordusu Palmira və bir sıra digər yaşayış məntəqələrini azad edib.

Bu arada Putin Suriyada vəziyyətin sabitləşməsi üçün yeni konstitusiyaya və növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac olduğunu bildirib.


***

Rusiya prezidenti Vladimir Putin canlı yayımda "şəxsən siz nəyə qənaət edirsiniz?” sualına "Vaxtıma”- deyə cavab verib.

Bundan əlavə, Putin qeyd edib ki, Rusiya iqtisadiyyatı hazırda boz zolaqdadır, lakin trend müsbətdir.

"Bu il Rusiya iqtisadiyyatında 0,3%-lik azalma müşahidə olunur, gələn il isə iqtisadiyyatda 1,4%-lik artım olacağı gözlənilir”, - deyə Putin vurğulayıb.


***

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandırır.

Canlı yayım aprelin 14-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayıb.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır.

azvision.az