Ana Vətən Partiyasında 2 Fevral – Gənclər Günü qeyd olundu

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu, ardından Müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

 

Tədbirdə Millət vəkili, Ana Vətən Partiyasının sədri Günay Ağamalı, Millət vəkili Ceyhun Məmmədov, Ana Vətən Partiyasının sədr müavini Ömər Hüseynli, Prezident mükafatçısı, AYB-nin üzvü Sona İsmayılova, Ana Vətən Partiyasının İdarə Heyətinin üzvü Saray Aslanova, Zəngilan rayon təşkilatının üzvü Qumru Orucova, gənc anavətənçilərdən Səid Əmrahlı, Nabat Mirzəyeva, Nihat Babacanov və “İstedadlıları tanıyaq və tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli çıxış etdilər.

 

Çıxışlarda xüsusi olaraq qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlmiş, gənclərin intellektual, ictimai-siyasi və vətənpərvərlik ruhunda formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu strateji xətt çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, mədəni və sosial sahələrdə həyata keçirdiyi təşəbbüslər gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və onların cəmiyyətə fəal inteqrasiyasına mühüm töhfələr verir.

Yığıncaq iştirakçılarına Millət Vəkili Ceyhun Məmmədovun "Gənclərə Tövsiyyələr" kitabı təqdim olundu.

Tədbirin bədii hissəsində “İstedadlıları tanıyaq və tanıdaq” İctimai Birliyinin gənc üzvləri maraqlı çıxışları ilə tədbirə fərqli ahəng qatdılar. Sonda xatirə fotosu çəkildi.