Qlobal bazarlardakı
tərəddüd, maliyyə böhranı ölkələrə təsir edir. Azərbaycanda isə Mərkəzi
Bank valyuta məsələlərinə sabit yanaşır. Bunun nəticəsidir ki, sərmayə
reytinqimizi 3 agentlik sabit saxlayır.
Bu sözləri maliyyə naziri Samir Şərifov AİB-nin Direktorlar Şurasının biznes sessiyasının ikinci iclasında bildirib.
Nazir
bildirib ki, neftin və ərzağın qiymətinin ucuzlaşması uzun müddət üçün
həm ixracatçı, həm də idxalçı ölkələr üçün çətin olacaq.
"Regionda inkişaf layihələrinə maliyyə qoymaqla yardım edilməlidir”, - deyə nazir qeyd edib.
Nazir bildirib ki, "Azərbaycan 2020” gələcəyə baxış konsepsiyası bu məsələləri aradan qaldırmaq üçün düzgün istiqamətdir
Bundan əlavə, iclasın sonunda Direktorlar Şirasına sədrlik Azərbaycandan Almaniyaya keçib.