Ermənistan Müdafiə Nazirliyində yeni istefaların olacağı gözlənilir.
Bu barədə Ermənistanın `İrates` qəzeti yazıb.
Qəzetin məlumatına görə, yaxın vaxtlarda işində yol verdiyi nöqsanlara görə, Ermənistan Müdafiə Nazirliyi yanında bir sıra idarələrin rəhbərləri vəzifədən azad olunacaq.
"Digərləri ilə yanaşı vəzifəsindən, texnologiyaların inkişafı sahəsində verdiyi nöqsanlara görə Müdafiə Nazirliyinin Hərbi Sənaye İdarəsinin rəisi Murad İsaxanyan da var. Mənbə müdafiə sektorundan başqa digər vacib sahələrdə rəhbərlərin istefaya göndərilməsinin gözlənildiyini bildirib. Növbənin `akula`lara da çatacağını istisna olunmur. Lakin bu günlərdə Ermənistan rəhbərliyi cəbhə xəttində gərginliyi nəzərə alaraq bu addıma getmir. Lakin vəziyyət sabitləşən kimi Ermənistanda kadr təmizləmələr başlayacaq”, - deyə qəzet yazır.
azvision.az