Quba rayonunda "Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyi tərəfindən "Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsinin icrası davam edir.
Sabahinfo.az-ın məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
Layihə çərçivəsində Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə keçirilən növbəti tədbirdə İctimai Birliyin sədr müavini Vaqif Həsənov, layihənin eksperti və yeniyetmələr iştirak ediblər.
Tədbirdə layihənin məqsədi və donoru haqqında məlumat verilib. Yeniyetmələrə layihə çərçivəsində aparılan dini maarifləndirmə işlərinin əhəmiyyəti izah edilib.
İştirakçılara layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.