"Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qubada icra etdiyi layihəni yekunlaşdırıb.
Sabahinfo.az-ın məlumatına görə, "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində yekun tədbiri keçirilib.
Layihə çərçivəsində Quba rayonu Qaraçay kənd orta məktəbində tədbir keçirilib.
Tədbirdə layihə rəhbəri layihənin məqsədi və donoru haqqında məlumat verərək radikalizmlə mübarizədə dini maarifçiliyin əhəmiyyətini qeyd edib. Gənclərin dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına dəstək olmaq məqsədi ilə layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb.
Layihənin eksperti sözügedən layihənin gənclər arasında dini maarifləndirmə işlərinin aparılması və bunun nəticəsində yeniyetmə və gənclərimizin bu sahədə məlumatlı olaraq dini radikalizmə qarşı mübarizədə aktiv olmalarına xidmət edəcəyini deyib.
Qaraçay kənd orta məktəbinin müəlliməsi onların məktəbində təhsil alan yeniyetmələr arasında dini maarifləndirmə tədbirinin keçirildiyinə görə İctimai Birliyə və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib.
Qeyd edək ki, layihə çərçivəsində keç