Minatəmizləyənlərə müharibə veteranı statusunun verilməsi təklif olunur

Azərbaycanda minatəmizləmə əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı statsunun verilməsi təklif olunur.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.