Türkiyə Silahlı Qüvvələri "F 16” və "F-4 2020” qırıcı təyyarələri ilə Şimali İraqda yerləşən PKK hədəflərinə 98 dəfə zərbə endirib.
Türkiyə Silahlı Qüvvələri eyni zmanda koalisiya qüvvələri ilə birlikdə Suriyanın yeddi bölgəsinə də zərbələr endirib.
Nəticədə 45 terrorçu məhv edilib, İŞİD-in 5 müdafiə mövqeyi və 1 haubitsa silahı sıradan çıxarılıb.
Müxalif qüvvələrin əməliyyatı nəticəsində isə İŞİD-in Yahmul və Cariz bölgələrinə nəzarəti itirdiyi bildirilir.