Türkiyə torpağını Gürcüstandan geri aldı - 40 il sonra

Türkiyə ilə Gürcüstan arasında bağlanan protokolla 15 hektarlıq ərazi 40 il sonra Türkiyəyə qaytarılıb.

 Türkiyə ilə Gürcüstan arasında sərhədi təşkil edən Çaksu Dərəsinin 40 il öncə yatağının dəyişdirilməsi nəticəsində 15 hektarlıq ərazi Gürcüstanda qalmışdı. Torpağın sahibi Süleyman Çeliyin aidiyyətı qurumlara müraciətindən sonra 2 ölkə arasında danışıqlar başlayıb.




Dərə yatağındakı suyun istiqamət dəyişdirməsi nəticəsində Gürcüstan tərəfində qalan ərazinin Türkiyəyə qaytarılması üçün keçirilən görüşlərdə 10 nəfərlik Gürcüstan və 13 nəfərlik Türkiyə nümayəndə heyəti iştirak edib. Aparılan danışıqların nəticəsində 15 hektarlıq ərazinin Türkiyə tərəfinə qaytarılması qərarlaşdırılaraq protokol imzalanıb.



40 il sonra torpaqlarına qovuşan 78 yaşlı Süleyman Çelik bunun üçün Türkiyə hökumətinə təşəkkürünü bildirib. O, 40 ildir işlənməyən torpağın çox səmərəli olduğunu, torpaqları təmizlədikdən sonra yenidən əkib-becərəcəyini bildirib.




AzNews.az