Azərbaycan bu gün öz tarixinin daha bir qanlı səhifəsini yad edir. Əslində bu tarixlər ildə bir dəfə xatırlanmamalı, hər gün yaddaşımızda kök salmalıdır, hər gün.
Bu gün 31 mart-Azərbaycanda
erməni vəhşiləri tərəfindən qanlı
soyqırımın unudulmaz tarixlərindən biridir.
Bu gün yenidən iyrənc maskasını taxıb, dünyaya "biz
günahkar deyilik, günah türklərdədir” deyə bağırır daşnak sözçüləri.
Ermənistan və Dağlıq
Qarabağda yaşayan sovinist daşnak qırıntıları bəs deyilmiş kimi, xarici ölkələrdə
yaşayan ermənilər də hər zamana olduğu
kimi bunların səsinə hay verirlər.
"Azərbaycan əsgərinin cəsarəti
yoxdu...”
Siz sözə baxın hələ. Bunu kim deyir? Amerikada
oturub, Azərbaycan ordusu haqqında proqnoz verən ABŞ ordusunun keçmiş hərbi briqada
generalı, erməni əsilli livanlı Seto Malatyan.
Livanda doğulub böyüyən,
usağlığından amerikan ve alman filmlərinə baxaraq, zabit olmağa və məhz Livan
orudusunda xidmət etməyə qərar verən bu adam NEW.am saytına verdiyi müshaibəsində
deyir :
" Hərbiçi olmaqda əsas iki məqsədim olub:
1. Ona görə ki, Livan ordusunda xidmət edim, hansı
ki, bu ölkə mənim xalqıma soyqırım vaxtı çox yardım edib.
2-Peşəkar zabit olaraq erməni xalqına lazım gələn
anda yardım edə bilim.”
S. Malatyan jurnalistin "Necə oldu ki, siz ABŞ
ordusunda xidmətə başaldınız?” sualına belə cavab verir:
"Mən amerikanlılarla təlim
keçəndə bacarığım və fəallığım onların diqqətini çəkdi və mənə Amerika
orudsunda xidmət etməyi təklif etdilər. Etiraz etmədim. Çox çətin mərhələlərdən
keçərək, nəhayət bu ordunun zabiti ola bildim.Mən pokovnik rütbəsi ilə istefaya
çıxıb Ermənistana qayitmaq fikrində idim. 2014-cü ilin may ayında mən Ermənistana
getmək üçün dəvətnamə aldım.
Beləcə Yerevana getdim. Mənim generalım Narek
Abramyan da gəldi. Biz Yerevanda Ermenistan ordusunda hərbi tədqiqatlar üçün
orudya xudmətimizi təklif etmək üçün birləşdik. Lakin Ermənistanda məni yenidən
ABŞ-a qayitmağa məcbir etdilər. Səbəb isə mənim general rütbəsini mütləq
almağımın vacibliyini göstərdilər. Düzünə
qalsa əvvəlcə mənə çox gülünc gəldi. 53 yaşında bundan sonra mən yenidən
imtahan verib o rütbəni necə alacaqdım?. Amma, yox bunu etməliydim. ABŞ-a
qayidib Ali Baş komndanlığa rütbə üçün müraciət etdim. Və çox çətin
imtahanlardan uğurla verərək nəhayət ki, general rütbəsini aldım. Bu mənim millətimə
çox lazımdı...”
Daha sonra isə Malatyan
Azərbaycan-erməni münaqöşəsiylə bağlı fikrini belə dilə gətirir:
"Bu gün Azərbaycanın yüksək hərbi texnikası olsa
da, onu idarə edə biləcək tək-tək əsgəri var. Erməni ordusu isə onlardan
qat-qat güclüdür, çünki hərbi bacarığı var və onu da deyim ki, biz öz
torpaqlarımızdayiq.
Azərbaycandan fərqli
olaraq, hansiki o silahı Rusiyadan alır,(burda deyiblər ha,”adımı sənə qoyum”)
bizim özümüzün balistik raketlərimiz var. Biz istədiyimiz anda Azərbaycanın istənilən
nöqtəsini darmadağı edə bilərik. Qaldı ki, Azərbaycanda olan silahlara, onların
əsgərinin cəsarəti catmaz onlardan istifadə etməyə. Bizim əsgərimiz isə hər
zaman hazır vəziyyətdədir. Bizim genişmiqyaslı silahlarımız olmasa da, güclü
alimlərimiz var ki, onların köməyi ilə biz Ermənsitanda istənilən silahı
istehsal edə bilərik,
Mən Ermənistana və ya
Livana qayitmaqımla baqlı səsvermə kecirmisəm Facebbokda. Çoxluq mənim Ermənistana
qayıtmağımı istəyir. Alqışlayıram həmin insanları.
Müharibədirsə-yalnız Ermənistan üçün döyüşərəm, ölməkdisə
yenə də yalnız Ermənistan üçün ölərəm, Mənim tək hədəfim-erməni ordusunda xidmət etmək, bütün potensialımı bu ordunun
güclənməsinə sərf etməkdi..”
Mən bu erməni qırığının
müsahibəsindən parçanı əbəs yerə sizlərlə paylaşmadım. Nəzərinizə bunlardakı
ruyakarlıqla bərabər, özlərinə qarşı diqqəti, bağlılığı bir daha çatdırmaq istədim.
Bu şərəfsiz də digər
özünkülər kimi, yenə yazıq erməni ordusunu güclü ordu kimi təqdim edir, Azərbaycanın
güclü ordusunun uğurunu həzm edə bilmir.
"Azərbaycan əsgərinin cəsarəti
yoxdu”-sözə baxın bir. Buna deyən gərək ay yazıq, Azərbaycanın tək Mübarizi
sizin ananızı ağlatdı. Sizinkilər isə gündə biri qaçıb gəlir Azərbaycana.
Vərəm, müxtəlif xəstəliklər, aclıq görəsən kimin ordusundadır, bizim
yoxsa sənin?
Bəs Ermənistan Ordusunda
vəziyyət nə yerdədir?
Yaranmış
durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin
fərarilik etməsinə gətirib. İşğalçı ölkənin zəbt edilmiş Azerbaycan
ərazilərində olan hərbi birləşmələrində son vaxtlar daha ciddi problemler
yaranmağa başlayıb. Bu gün Ermənistan ordusu çökmək üzrədir...
Artıq analar da
övladlarının hərbi xidmətə getmələrinin əleyhinə kampaniyalara başlayıbıar.
Bu günlərdə ANPress də
yayınlanan bir xəbərdə belə bir cümlə oxudum:
"..Erməni nazir Azərbaycan tərəfə
keçmiş əsgərin valideynləri barədə təhqiramiz sözlər işlətmişdi. "Əsgərlər onun
ailəsinin arasında münasibət pis olub. Onun əməlinin səbəblərini ailəsində
axtarmaq lazımdır”,- deyə Ohanyan vurğulayıb.
Əsgər
anaları bu sözlərə qəzəblə cavab veriblər. Oğlu həlak olmuş İrina Qazaryan bunu
Ermənistan Müdafiə Nazirliyinin iş üslubu sayır: "Əsgərləri zorlayanda, deyirlər,
ailəsi günahkardır. Öldürəndə, deyirlər ki, tərbiyəsiz imiş. Əsgər Azərbaycan tərəfə
keçəndə deyirlər ki, günah ailəsindədir.”
Tarix boyu
başqa güclərin əliylə türk millətinə qarşı soyqırımlar törədən bu əclaflar bir
şeyi unudublar-Türk heç vaxt başqasının əlində oyuncaq olmayıb. Türkdən başqa
qüvvələr istədikləri kimi istifadə edə bilməyiblər. Eləcə də bu gün, Azəbaycan
özü güclü, yüksək hərbi potensiala malik bir ölkə olaraq öz imzasını dünya
miqyasında qoyur, və müstəqil dövlət olaraq qərar verir.
Sonda isə S, Malatyana bir sualım var:” Yalançı qəhrəman, bu günün 31 martın, Xocalının başına gəirilən ən ağır faciənin səbəbkarlarını harda axtarmalıyıq hə, bu cinayətin cəzasını sizdən başqa kimin ayağına yazmalıyıq???