Yunanıstan Egey dənizində Türkiyəyə məxsus olan daha bir adanı işğal edib.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beynəlxalq hüquqa görə Türkiyəyə aid olan Maratxi Adasının 2004-ci ildən bəri yunan işğalı altında olduğu ortaya çıxıb.
Adaya Yunanıstan vətəndaşları yerləşdirilib və ölkə bayraqları asılıb. Bununla da yunanların işğal etdiyi adaların sayı 18-ə çatıb.
Qeyd edək ki,1932-ci ilin 4 yanvar tarixində imzalanan Türkiyə-İtaliya Konvensiyasının birinci maddəsində Maratxi Adasının Türkiyənin suverenliyi altında olduğu bildirilib.
1943-cü il tarixli İngilis xəritəsində və 1951-ci il tarixli Amerika xəritəsində Maratxi Adasının Türkiyəyə aid olduğu açıq şəkildə göstərilib.