1625 maşına “jalüz-pərdə protokolu” yazıldı

"Noyabrın 15-dən dekabrın 9-na kimi qanunla qadağan olunmuş jalüz və nəqliyyat vasitəsinin ban şüşələrinə tətbiqinə icazə verilməyən ötrüklərin çəkilməsinə görə 1625 protokol tərtib edilib”.

Bu barədəModern.az-ın sorğusunu cavab verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib

Xatırladaq ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə əsasən Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur.