2742 nəfər Bakını həmişəlik tərk edib

2017-ci ildə Bakı şəhərinə miqrasiya edənlərin və şəhərdən gedənlərin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi Modern.azsaytının sorğusunu cavablandırıb:

"2017-ci ilin birinci yarısında daimi yaşamaq üçün MDB ölkələrindən və digər xarici ölkələrdən , eləcə də respublikanın şəhər və rayonlarından Bakı şəhərinə gələnlərin sayı 2554 nəfər, Bakıdan gedənlərin sayı isə 2742 nəfər olub”.