"Arsenal" 4 futbolçusu ilə yollarını ayırdı

"Arsenal" 4 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.

Sabahinfo.az goal.az-a istinadən xəbər verir ki,Yaya Sanoqo, Stefan O`Konnor, Kristofer da Qrasa və Kostas Piles "topçular"ın sıralarından ayrılıb. Yaya Sanoqo 2013-cü ildə "Auxerre"dən transfer olunub. "Arsenal" onu "Crystal Palace", "Ajax" və "Charlton Athletic"ə icarəyə göndərib. Fransalı hücumçu London klubunda 20 oyun keçirib. Digər 3 futbolçu isə "Arsenal"ın əvəzedici komandasında çıxış edirdi. Onların müqaviləsi başa çatdığından azad agent kimi klubu tərk etməli olublar.