"Azərbaycanca seks"

Nicat Həşimzadə


İntellektual səviyyəsi yüksək olan ölkələrdə seks incəsənət hesab olunur. Bir çox insan məhz orqazm anında ilahi varlığı dərk edir. İntim istəklər insanın psixoloji durumunu, dünya haqqındakı düşüncələrini müəyyən edir. Bəs fahişələrlə yatmaq mədəniyyət hesab oluna bilərmi? Əlbəttə ki, hə. Niyə də olmasın.

Ölkəmizdə gecə yataqda cinsi həzz yaşayan cütlüklər cəmiyyət arasında simalarına saxtakar ciddiyyət ifadəsi verirlər. Hətta bəzən əl-ələ tutmaqdan belə çəkinirlər. Sanki gecəni ayrı yataqlarda keçiriblər. Pornofilmlərə baxan gənc qızları cəmiyyətimiz qınayır, günahkar hesab edir. Əgər seks günahdırsa təbiət insanlara bu duyğunu bəxş etməzdi. Erotik filmlərə baxmayan, cinsi münasibətləri öyrənməyən qızlar ailə qurduqdan sonra ciddi problemlər yaşayır. Müqəddəs insan olmadığı üçün günah adlı anlayış da mənasızdır. Hər insanın daxilində ləyaqətsizlik etmək həvəsi var. İnsanlara bütün duyğular verilib, limitini təyin etmək öz öhdəmizə düşür.

Seksdə utanmalı bir şey yoxdur. Azərbaycanda boşanma halları gündən-günə artır, səbəbi cinsi uyğunsuzluqlardı. Çox hallarda qadın ərini cinsi münasibətdə qane etmir. Kişinin fahişənin xidmətinə ehtiyacı olur. Fahişələrə nifrət etmək, onların məhv edilməsini istəmək düşüncəsi olduqca gülüncdür. Əgər fahişələr olmasa zorakılıq halları çoxalar. Nevrozdan əziyyət çəkən gənclərin sayı artar, seks ən gözəl antistressdir.

Gənclər seksual tələblərini ödəyə bilmədikləri üçün əsəb xəstələrinə çevriliblər. Çıxış yolunu kim düşünməlidir? Avropada artıq bu sualı çoxdan unudublar: "Sən bakirəsən, yoxsa...?”

Bax bu tipdə olan qüsurlar seksi mədəniyyətə deyil, vəhşiliyə çevirir. Qadın ərindən başqa kişiylə yata bilməz. Əslində gözəl səslənir, amma harda yazılıb? Axı insan hisslərini dar bir çərçivəyə yerləşdirmək olmaz. Əslində hər qadın heç olmasa bircə dəfə başqa kişiylə sevişmək istəyir. Hər qadının ehtiyat kişisi olur. Maraqlıdır niyə? "Qadın nə istəyir?” sualına tam olaraq heç Freyd də cavab tapa bilmədi.

Seks vəhşilik deyil, mədəniyyətdir, fəlsəfədir, sevginin ən dadlı meyvəsidir.