İspaniya La Liqasının XXXVI turu dünən baş tutan bir qarşılaşma ilə start götürüb.
Turun
açılış matçında "Eybar” "Espanyol”u qəbul edib. Düşmə zonasından cəmi
bir pillə yuxarıda olan ev sahibləri Avrokuboklara getmək şansını
saxlayan "Espanyol”a qarşı müqavimət göstərə bilməyiblər. Qonaqlar 2
cavabsız qol vuraraq oyundan 3 xalla ayrılıblar.
Bu
gün isə turun daha üç görüşü keçiriləcək. Son sıralarda qərarlaşmış
"Qranada” və "Kordoba” arasındakı görüş ən az çempionluq yarışı qədər
önəmlidir. Həmyerlimiz Eddi İsrafilovun şərəfini qoruduğu "Qranada”
qalib gələcəyi təqdirdə təhlükəli zonadan uzaqlaşmaq şansı var.
Günün
ikinci qarşılaşmasında "Barselona” "Real Soyedad”ı qəbul edəcək. Orta
sıralarda qərarlaşmış sosyedadlıların çempionluq mübarizəsi verən Messi
və komandasına qarşı müqavimət göstərəcəyi inandırıcı görünmür.
Katalonlar qalib gələrək izləyicisi "Real Madrid”lə arasındakı xal
fərqini qorumaq istəyindədir.
Turun bugünkü
qarşılaşmalarına "Real Madrid” – "Valensiya” oyunu ilə yekun vurulacaq.
Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləni əldən vermək istəməyən
"yarasalar”ı Madriddə çətin sınaq gözləyir.
İspaniya La Liqası
XXXVI tur
8 may
"Eybar” – "Espanyol” – 0:2
Qollar: Serxio Qarsiya, 29, Stuani, 60
9 May
"Qranada” – "Kordoba” - 2:0
Qol: Maynz, 45, Əl Ərəbi, 69 (pen.)
"Barselona” – "Real Sosyedad” - 2:0
Qol: Neymar, 51, Pedro, 86
"Real Madrid” – "Valensiya” - 0:2
Qol: Pako, 19, Fuqo, 26
10 may
01:00 "Atletik” – "Deportivo”
15:00 "Levante” – "Atletiko”
20:00 "Viyareal” – "Elçe”
22:00 "Almeriya” – "Malaqa”
11 may
00:00 "Selta Viqo” – "Sevilya”
23:45 "Rayo Valekano” – "Hetafe” (apasport.az)