Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir:
"Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə gələn il üçün proqnozu yerinə yetirə biləcəyik”.