"Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm. Daha sonra orda nə baş verdiyini aydınlaşdırdıqdan sonra qərar verəcəyik. Eşitdiklərimə əsasən fikir bildirsəm, düzgün olmaz. İstənilən komandada bu cür hallar yaşana bilər. Məncə, həmin anda həddi aşdılar. İstənilən halda, məsələni araşdıracağıq və uyğun qərar verəcəyik".
Sabahinfo.az "Report"a istinadən xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Neftçi"ni evdə 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının VI tur matçından sonra meydanda yaşanan insidentlə bağlı danışarkən bildirib.
Ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Adətən, mətbuat konfransına oyunla bağlı fikirlərlə başlayırıq. Bu dəfə oyunun sonundan başlayaq. Monroz və Qurbanov arasında nə baş vermişdi?
- Gəlin, peşəkarlğımızı qoruyaq və yenə ilk olaraq oyunla bağlı danışaq.
- "Qəbələ” ilk hissədə üstün olsa da, sonra üstünlüyü rəqibə verdi...
- Burada psixoloji amil əsas rol oynayır. Lakin bu, belə olmamalıdır. Komanda hesabda nə qədər irəlidə olsa da, üstünlüyü əldən verməməlidir.
- Komanda müdafiədə səhvlərə yol verirdi. Bu barədə nə deyə bilərsiniz?
- Tamamilə razıyam. İlk hissədə hücumda yaxşı oynasaq da, müdafiədə səhvlər edirdik. Bir çox boşluqlar buraxırdıq. Deməzdim ki, ikinci hissə çox pis keçdi. Fasilədən sonra da bir neçə imkanımız oldu.
- "Səbail”ə qarşı oyunda fasilədən sonra Asif Məmmədovu meydana buraxdınız. O isə ilk toxunuşda başla qol vurdu. Bu an siz başınızı tutdunuz. Bu, nə ilə bağlı idi?
- Mən sadəcə, belə erkən qol vuracağına inanmadım. Asif həmin anda bütün detalları nəzərə aldı və topa ilk toxunuşundaca qol vurdu.
- Komandada intizam cəhətdən problem var?
- Mən həmin epizodu görmədiyim üçün şərh edə bilməyəcəm. Daha sonra orda nə baş verdiyini aydınlaşdırdıqdan sonra qərar verəcəyik. Eşitdiklərimə əsasən fikir bildirsəm, düzgün olmaz. İstənilən komandada bu cür hallar yaşana bilər. Məncə, həmin anda həddi aşdılar. İstənilən halda, məsələni araşdıracağıq və uyğun qərar verəcəyik.
- Ekiqo Ehiosunun vəziyyəti necədi? Nə vaxta tam hazır olar?
- 95 faiz deyə bilərəm ki, o, tam hazır deyil. Onu tanıyırıq, potensialına bələdik. İnanıram ki, tezliklə komandaya kömək edə biləcək. Bura gələnədək 3 aya yaxın oynamayıb. Ona vaxt lazımdır.
- Endi Hollidey əvəzlənəndə buna sərt reaksiya verdi...
- Düşünmürəm ki, etirazını sərt bildirdi. Həmin anda əvəzlənməsi lazım idi və əvəzlədim də. Hər bir oyunçu əvəzlənməsindən narazı qala bilər.
- Tərlan Əhmədov "Neftçi”yə baş məşqçi təyin ediləndə, Ruslan Qurbanov sosial şəbəkədə bu klubun formasında şəklini paylaşdı. Bu məsələyə necə baxırsınız: O, qayıtmaq istəməsi ilə bağlı sizə nə isə deyib?
- Kompüterdə çox işləsəm də, bu, ancaq komandamın oyununu analiz etmək üçün olur. Hansısa futbolçu getmək istəyirsə, bunun üçün əlimdən gələni edirəm. Fikrimcə, getmək istəyən futbolçunu saxlamaq düzgün deyil.