"Sosial şəbəkələrdə - istər "Facebook” da, istərsə "Twitter”də, o cümlədən digərlərində heç bir ünvanım, hesabım, yaxud profilim yoxdur”. Trend-in Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi xəbər görə, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib.
YAP icra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa, həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimai rəyə çatdırır:
"Azərbaycanda kifayət qədər mətbuat orqanı fəaliyyət göstərir. Kim bu və ya digər məsələlər barədə fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və onları maraqlandıran suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab verilir. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı "rəylər”, "qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu, saxtakarların işidir. Kimlərsə adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.