"Kinder sürpriz"dən narkotik çıxdı - DİQQƏTLİ OLUN

Şimali İrlandiyanın Limavadi şəhərinin 5 yaşlı sakini "Kinder sürpriz" şokolad yumurtasında narkotik aşkar edib.

sabahinfo.az bu barədə trend-ə istinadən xəbər verir.

Uşaq yumurtanı açarkən oyuncaq əvəzinə icərisində paketdə ağ toz olan plastik konteyner aşkarlayıb. Uşaq naməlum "sürpizi" atasına verib, o isə polisə müraciət edib.

Böyük Britaniyanın hüquq-müfahizə orqanları istintaqa başlayıblar. Aşkarlanmış ağ toz isə metamfetamin narkotiki olub.