"Neftçi" çempionata qələbə ilə başlayıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib. sabahinfo.az saytı "Report"a istinadən xəbər verir ki, mövsümün açılış oyununda AZAL və "Neftçi" klubları üz-üzə gəlib. Oyunda hesab ikinci hissədə açılıb. 60-cı dəqiqədə "Neftçi"nin futbolçusu Elvin Bədəlov builki mövsümün ilk qolunu vurub. Ardınca 70-ci dəqiqədə Rəhman Hacıyev komandasının ikinci topunu vurub. Bununla da matç "ağ-qaralar"ın 2:0-lıq qələbəsi ilə başa çatıb.