"Rusiya Ermənistanı silahla təmin etməyə başlayıb" - Baş nazir

Dəyəri 200 milyon dollar olan kredit sazişinin şərtlərinə əsasən Rusiya tərəfindən Ermənistanın silahla təmin olunması prosesinə başlanılıb". APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Ovik Obramyan deyib.

 

"Prosesə start verilib və işlər plana uyğun gedir. Heç bir problem yoxdur", - deyə baş nazir qeyd edib.

 

Bu məsələnin mayın 20-də Ermənistanda səfərdə olan Rusiyanın baş naziri Dmirtiy Medvedevlə müzakirə olunub-olunmaması ilə bağlı suala O. Obramyan bu cür cavab verib: "Biz həmişə fürsətdən yararlanırıq". sabahinfo.az