"Sərkisyan qulağının dibini görər" - Novruz Məmmədov

Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır. Xarici İşlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlər aparıb.

 

Bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Region TV-yə açıqlamasında deyib. O, Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan sonra danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib.

 

Novruz Məmmədov Serj Sərkisyanın bəyanatlarına fikir verməməyi məsləhət görüb: "Boş-boş söhbətlərdir. Siz varsınız, mən varam. Sərkisyan torpaqları yox, qulağının dibini görər. Öz status-kvosunu saxlamaq üçün belə deyir. Amma o da boş şeydir, status-kvonu saxlaya bilməyəcək". sabahinfo.az