İraq ordusunun Ənbar vilayətində İŞİD terrrorçularına qarşı başladığı növbəti hücum əməliyyatı uğurla nəticələnib.
Sabahinfo.az bildirir ki, ordu qüvvələri qısa zaman ərzində km-lərlə məsafədə nəzarəti ələ keçirdərək, 7 kəndi terrorçulardan azad ediblər. Döyüşlər zamanı azı 95 İŞİD üzvü məhv edilib. Ordunun itkiləri haqda isə heç bir məlumat verilmir.
İraq ordusuna məxsus hərbi təyyarələr İŞİD silahlılarının nəzarətində olan Mosul şəhəri və onun ətrafını da bombalayaraq, terrorçulara aid 15 hədəfi məhv ediblər. Onların arasında yeraltı və yerüstü sığınacaqlar, təlim düşərgələri və hərbi texnikaların saxlandığı anbarlar var.