ABŞ-da hava şarı qəzaya uğrayıb: - Ölənlər var

Yerli hakimiyyətin məlumatına görə, hava şarı uçuş zamanı alışıb.

sabahinfo.az Life.ru-ya istinadən xəbər verir ki, qəza Lokhart şəhəri yaxınlığında baş verib. 

ABŞ-ın Texas ştatının hakimiyətinin verdiyi məlumata görə, göyərtəsində 16 nəfərin olduğu hava şarı qəfil alışaraq yerə çırpılıb.  

İlkin məlumata görə, qəza nəticəsində hava şarında olan sərnişinlərin hamısı ölüb.