ABŞ-da qütbləşmə pik həddə

ABD-da demokratlar və respublikaçılar arasında siyasi qütbləşmə son 25 ildə ən yüksək səviyyəyə çatıb.

sabahinfo.az  teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Pev" Araşdırma Mərkəzinin araşdırmasında qeyd olunur.
 
Aparılan sorğunun nəticələrinə görə, hər iki partiya üzvlərinin təxminən 55 faizi bir-birinə səmimi şəkildə nifrət edirlər və qarşılıqlı inamsızlıq hökm sürür.
 
Qeyd olunur ki, iki partiyanın üzvlərinin qarşılıqlı kin-küdurəti 1992-ci ildən bu yana pik həddə çatıb. Qarşıdan gələn prezident seçkiləri fonunda münasibətlər getdikcə mənfiyə doğru dəyişir.