"O qız evsiz-eşiksiz idi. Qocalar evində xidmətçi işləyirdi. Ağlayaraq deyirdi ki, yaşayışı çətindir, nə edəcyini bilmir. Bu qıza yazığım gəldi, evimizdə yaşamağı təklif etdim. Arvadıma da bu barədə dedim, qərarı birgə verdik. İndisə peşmanam. Çünki arvadımın belə sarsaqlıq edə biləcəyini ağlıma da gətirə bilməzdim".
İngiltərənin Bristol şəhərində yaşayan Ueyn Qardinerin sözlərinə görə, onun xanımı, 5 övladının anası, 38 yaşlı Sara "başını itirib" və 17 yaşlı Tamsin Bizerlə "ər-arvad" kimi yaşamağa başlayıb.
Daha doğrusu, U.Qardinerin sözlərinə görə, onun arvadı bu qızla evlənib.
Ueyn və Sara Qardinerlərin beş övladları var. Onlar 22 yaşlı Lüsi, 15 yaşlı Lüis, 14 yaşlı Xlo, 12 yaşlı Çarli və 7 yaşlı Harvidir.
39 yaşlı Ueynin dediyinə görə, arvadının "eşq"ə düşdüyünü və 17 yaşlı Tamsinlə qeyri-rəsmi nikahda olduğunu xanımının Facebook-dakı profilində "Ailə durumu" bölməsindəki statusunu dəyişməsindən sonra xəbər tutub.
"Bu biabırçılığa nə ad verəcəyimi bilmirəm. Saranın "sevgilisi" qızımız Lüsidən də yaşca kiçikdir. Saranın qərarı bizi şoka salıb. Uşaqlar depressiyadadırlar", - Ueyn deyib.