Bakı-İsmayıllı yolunda qara görə avtobuslarının hərəkət istiqaməti dəyişdirildi

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Bakı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkətində problemlər yaranıb. Vətəndaşlarımız Novruz bayramı münasibətilə rayonlara üz tuturlar. Yollar belə olduqda həmin istiqamətə hərəkət edən sürücülər nə etməlidir?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Bakı-İsmayıllı yolunda qarlı hava şəraiti ilə bağlı sərnişindaşıma, eləcə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

"Alternativ olaraq sərnişindaşıma Bakı-Kürdəmir-Qazax yolu vasitəsi ilə həyata keçirilir. Bakı-Zaqatala, Bakı-Balakən yolunda hərəkət davam edir, heç bir çətinlik yoxdur. Bakı-Quba,Bakı-Qusar istiqamətində qarlı hava şəraiti olsa da, yollar açıqdır", - deyə məlumatda qeyd olunub.