"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Qeyd olunub ki. qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə qatar verilib.