Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.
Bakı şəhər Prokurorluğundan Sabahinfo.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlunun odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.
S. Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
H. Kərimov şübhəli şəxs qismində saxlanılıb.