Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.
Sabahinfo.az mərkəzin məlumatını təqdim edir:
- Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
- “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.