Bakıda motosikletçini döyən məmur HƏBS EDİLDİ - VİDEO

Bakıda yol vermədiyi üçün moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.

Qeyd edək ki, S.Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.