Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.
Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb. Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
Əlavə edək ki, 2021-ci ilin sentyabr ayında Seymur Qarayevin rəisi olduğu 24-cü polis bölməsində dəhşətli hadisə baş vermişdi. Belə ki, polis serjantı İsmayıl Məmmədov Nizami RPİ-nin 24-cü polis bölməsində arvadı Xanım Məmmədovanı qətlə yetirmişdi.