YAP-çı deputat Anar Məmmədov Tərtər rayonu Ələsgərli kəndində vətəndaşları qəbul edib.
Sabahinfo.az xəbər verir ki, qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon ağsaqqalları iştirak edib.
Qəbul zamanı sakinlər tərəfindən müxtəlif sosial, infrastruktur və fərdi məsələlərlə bağlı müraciətlər səsləndirilib. Anar Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılması tələb olunan digər müraciətlərlə bağlı isə müvafiq qurumlara sorğuların göndərilməsi və nəticələrin izlənilməsi qərara alınıb.
Rayon ağsaqqalları və sakinlər dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.