Bakıda səhvən sirkə turşusu içən qadın ölüb

Bakıda səhvən sirkə turşusu içən qadın ölüb.

Sabahinfo.az xəbər verir ki, Binəqədi rayon ərazisində 1977-ci il təvəllüdlü Ayna Məhərrəmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 2 gün sonra o xəstəxanada ölüb.

Ailə üzvlərinin sözlərinə görə, Ayna Məhərrəmova həmin gün evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır./apa