Bakıda səkkiz yaşlı uşaq İNTİHAR ETDİ

Bakıda intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu Naxçıvani küçəsi ev 36-da qeydə alınıb. İntihar edənin azyaşlı olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarından Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, intihar edən İran vətəndaşıdır və onun 8 yaşı var. Belə ki, 2014-cü il təvəllüdlü Ruin Tən Nəmin Kənan İləc yaşadığı evdə özünü asıb.

8 yaşlı uşağın nədən belə bir addım atması hələlik məlum deyil.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.