Bakıdakı dəhşətli qəzada xəsarət alanların adları -SİYAHI + YENİLƏNİB

Suraxanı rayonunda baş verən ağır qəzada xəsarət alan üç nəfərin kimlikləri müəyyən olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralananlar 1973-cü il təvəllüdlü E.Həsənov, 1975-ci il təvəllüdlü V.Həsənov və 1983-cü il təvəllüdlü Q. Zeynalovdur. 

Həkim müayinəsi zamanı yaralılara müvafiq olaraq sağ və sol qolların əziyi, döş qəfəsinin əziyi diaqnozları qoyulub. 

Onlardan ikisi evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.

14:46

Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:

“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.

14:08

Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.

Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı Oxu.Az-a təsdiqləyib:

“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.