Almaniyadan Türkiyəyə zərbə: “Soyqırım” tanınır

Almaniya Federal Məclisi bu həftə 1915-ci il hadisələrini "soyqırım” kimi tanımağı nəzərdə tutan qanun layihəsini təsdiq edəcək. 

 

sabahinfo.az  xəbər verir ki, bu barədə Almaniyada yaşayan türk əsilli siyasətçi Aydan Özoğuz açıqlama verib. 

 

Onun sözlərinə görə, parlamentdəki iqtidar və müxalifət partiyalarının əksəriyyətinin eyni fikirdə olması səbəbindən layihənin təsdiqlənməsi gözlənilir.

 

Özoğuz bildirib ki, layihə "erməni soyqırımı”nın 100-cü ildönümündə Türkiyə ilə münasibətlərin pozulmaması səbəbindən geri çəkilmişdi: 

 

"Kansler Angela Merkelin qaçqın böhranını həll etmək üçün Türkiyəyə ehtiyacının olduğu bir vaxtda layihənin Federal Məclisə yenidən daxil olması pis təsadüfdür. 

 

Keçmiş federal deputat Mehmet Qılınc da Almaniyanın Türkiyədən istədiyini aldığını və bu səbəbdən də layihəni rahat şəkildə təsdiq edəcəyini deyib.