Ancelina Coli Bred Pittdən boşanmasının səbəbini açıqladı

Amerikalı aktrisa Ancelina Coli sentyabrın 19-da Bred Pitt ilə boşanmaq üçün ərizə verib.

sabahinfo.Az-ın xəbərinə görə, bu barədə TMZ nəşri yazır.

Nəşrin məlumatına əsasən, Coli həyat yoldaşının valideyn öhdəliklərini yerinə yetirməsindən narazıdır. Aktrisa məhkəmədən altı uşağın himayəsinin ona veilməsini və Pittin uşaqlara yalnız istirahət günlərində baş çəkməsinə izacə verilməsini xahiş edib.

Agentliyin mənbələrinin məlumatına görə, Coli və Pitt arasında "barışmaz anlaşılmazlıqlar” yaşanıb. Bununla belə nəşrin həmsöhbətləri qeyd ediblər ki, boşanma prosesinin başlanması hər hansı bir üçüncü şəxs ilə bağlı deyil. 

Qeyd edək ki, 41 yaşlı Coli və 52 yaşlı Pittin üç uşağı var: Şaylo adlı qız və əkizlər Noks və Vivyen. Cütlük həmçinin övladlığa götürdükləri üç uşağa - kambocalı Meddoks, vyetnamlı Paks və efiopiyalı Zaxaraya tərbiyə verir. 

Ancelina Coli və Bred Pitt 2014-cü ilin avqust ayında ailə qurublar.