Vasif Əliyevdən Mətbuat Şurasına şikayət

Sizə məlumat verərək, bildirirəm ki, mən, 30 aprel 2020-ci il tarixdən Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ rəhbəri təyin edilmişəm. Təyin olunduqdan az müddət keçməmiş “Demokratik Az” saytının rəhbəri, Rzayev Osman Nəriman oğlu mənə yaxınlaşaraq həyat yoldaşını (arvadını) işə götürməyi tələb etdi. Lakin, xanımının heç bir tibbi təhsili olmadığı məlum oldu. Təklif etdiyimiz qeyri tibb- xadimə vəzifəsini isə əri (“Demokratik Az” saytının rəhbəri, Rzayev Osman Nəriman oğlu) bəyənməyərək etiraz etdi.

Göygöl RMX PHŞ vakansiya olan qeyri-tibb işçiləri (mühafizə, xadimə, və.s) ştatlarına 44 günlük Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin həyat yoldaşı, qızı, bacı və qardaşları, həmçinin valideynləri işlə təmin edildi.

“Demokratik Az” saytının rəhbəri, Rzayev Osman Nəriman oğlu şəhid ailə üzvlərinin işə qəbulundan sonra vakant yerin qalmadığını bildikdən sonra daha da qəzəblənərək, “nəyə görə arvadımı işə götürmədiniz” deyərək, barəmizdə rüsvayedici məqalələr yazıb, saytda yerləşdirəcəyi ilə bizi hədələdi.

Az sonra Osman Nərimanoğlu mənə yaxınlaşaraq bildirdi ki, “Göygöl xəstəxanasının keçmiş baş həkimi, hər ay mənə 150 manat pul verirdi, ona görə də, mən heç bir jurnalistin Göygöl rayon xəstəxanası rəhbərliyi haqqında tənqidi mövzuda yazılar yazmasına yol vermirdim. Bilirəm ki, Ömərov Hamlet İsmayıl oğlunun maddi imkanları çox geniş idi. Ona görə də mənə ayda 150 manat verirdi. Bilirəm ki, sizin imkanınız zəifdir, mənə hər ay 50 manat pul verməlisiniz ki, mən əvvəlki rəhbərliyin dövründə olduğu kimi, nə özüm nə də, digər jurnalistlərin sizin xəstəxanadan tənqidi yazılar dərc etməsinə imkan verməyim. Əks təqdirdə, davamlı olaraq, tez-tez, həm mənə məxsus olan “Demokratik Az” saytında, həm də digər saytlarda sizin haqqınızda çox kəskin, inandırıcı görünən yazılar yerləşdirəcəyəm.”

Mən, Rzayev Osman Nəriman oğlunun təklifinin qanun pozuntusu olduğunu onun nəzərinə çatdırdım və kəskin etirazımı bildirərək, razılaşmadım.

Bundan sonra Rzayev Osman Nəriman oğlu mənimlə şəxsi qərəzçilik apararaq, özüm və ailə üzvlərim və işlədiyim xəstəxana barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli faktlara və dəlil-sübutlara söykənməyən “reket jurnalistika”-ya xas dəst-xətt aşkar hiss olunmaqla, özünə məxsus olan “Demokratik Az” saytında, eyni adlı “Youtube” kanalında və Tik-Tok sosial şəbəkəsində mənim şərəf və ləyaqətimin təhqirinə, işgüzar nüfuzumun ləkələnməsinə yönəlmiş materiallar yerləşdirmişdir.

Az müddət sonra mənim tabeliyimdə olan digər işçilərlə əlaqə saxlayaraq, şər böhtan xarakterli yazıları dayandırmaq üçün 500 (beş yüz) manat məbləğində pul tələb edib. İndiyə kimi şər-böhtan xarakterli yazıları silmək üçün isə 3000 (üç min) manat tələb edərək, belə bir misal çəkərək bildirib ki,

“ Göygöl rayon Suvarma Sistemləri idarəsinin rəhbəri İlqar Məhərrəmovdan da mən məqalələr yazdım. Əvvəl sizin kimi o da heç cür razılaşmırdı. Ardıcıl olaraq, çoxsaylı məqalələr yazdıqdan sonra mənə 3000 (üç min) manat pul verdi. Mən isə həmin pulla uşaqlarıma sünnət toyu etdim. Sonralar İlqar özünü yaxşı aparmadığına görə (yenidən 3000 manat pul istədim vermədi) dəfələrlə ondan yenə yazdım. Bu səbəblə də onu işdən azad edib, Goranboya göndərdilər. Əgər, Vasif doktor da istədiyim məbləği (3000 manat) mənə verməsə, işdən çıxana kimi yazılarımı davam etdirəcəyəm.”

Azərbaycan Mətbuat Şurasının nəzarətində minlərlə jurnalistlər, saytlar fəaliyyət göstərir. Düşünürük ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişlər, təkmilləşdirmə və ixtisasartırma kurslarından keçərək jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün sertifikatlar alırlar. Lakin, “Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlunun jurnalistika sahəsində təhsili yoxdur. Heç bir ixtisas sertifikatı olmadığı halda qanunsuz olaraq, internet saytında fəaliyyət göstərir. Dəfələrlə reket jurnalist elan edilərək, “qara siyahıya” salınmasına, dəfələrlə məhkəmə çəkişmələrinin müxtəlif instansiyalarında uduzmasına baxmayaraq, yenə də qanunsuz jurnalist fəaliyyətini davam etdirir. Cəzasız qalmağına ümidli olduğuna görə hətta ədalət mühakiməsini aparan məhkəmə sədr və hakimlərinə də böhtan və təhqirlər yağdırmağa davam edir. Osman Nərimanoğlunun qanunsuz jurnalist fəaliyyətinə qarşı Azərbaycan Mətbuat Şurası tərəfindən ciddi tədbirlər görülmədiyi, rayon sakinləri, geniş oxucu kütlələri, şəhid ailə üzvləri tərəfindən çox hiddətlə qarşılanır. Dəfələrlə şəhid ailə üzvləri Azərbaycan Mətbuat Şurasının Osman Nərimanoğluna qarşı qəti tədbirlər görmədiyinə görə Azərbaycan Respublikasının Prezidentinə müraciət edəcəyini bildirmişlər.

Azərbaycan mətbuatında minlərlə jurnalist olduğu halda nəyə görə digər jurnalistlər heç bir halda Göygöl RMX PHŞ xidməti fəaliyyəti haqqında tənqidi fikirlər söyləmir, lakin tək bir Osman Nərimanoğlu isə (jurnalist təhsili və ixtisası olmayan) dayanmadan təhqir və böhtanlarla dolu yazılarını fasiləsiz olaraq davam etdirir... Azərbaycan jurnalistikasına qara ləkə gətirən Osman Nərimanoğlunun bu cür cəzasızlıq formasında fəaliyyəti tək məni yox bütün Azərbaycan xalqını narahat edir. “Ümummilli lider, Ulu öndər Heydər Əliyev demişdir:” Dövlət iki şeydən sarsıla bilər:

  1. Cinayətkar cəzasız qalanda.
  2. Günahsıza cəza veriləndə...

Təbiidir ki, Rzayev Osman Nəriman oğlunun mənim haqqımda yazdığı məqaləsi geniş oxucu kütləsi tərəfindən birmənalı qarşılanmır və qarşılana bilməz. Yazıdakı təhriflər, fikir və ifadələrdə məsələnin kökündə peşə fəaliyyəti ilə bağlı olmayan xüsusi maraqların və sifarişin dayandığı açıq aydın görünür.

Bildirirəm ki, “Jurnalistikanın ali məqsədi həqiqəti yaymaq olmalıdır. Obyektivlik jurnalistin peşə meyarı olmalıdır ”. “Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib, bildirməlidir.” Bu mümkün olmadıqda isə əgər tənqid obyekti tələb edirsə, öz fikirlərimi çatdırmağa jurnalist şərait yaratmalıdır. Yekun olaraq nəzərinizə çatdırıram ki, “Demokratik Az” saytının rəhbəri Rzayev Osman Nəriman oğlunu öz məqaləsində mənim və peşə fəaliyyətim haqqında verdiyi yalan məlumatlarda bütün bu prinsipləri pozmuşdur və pozmaqda davam edəcəyini israrla bildirir.

Azərbaycan Mətbuat Şurasından

XAHİŞ EDİRƏM:

  1. “Demokratik Az” saytının rəhbəri Rzayev Osman Nəriman oğlunun “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını” kobud şəkildə pozmasını və mənim işgüzar nüfuzumu ləkələyən, şərəf və ləyaqətimi alçaldılması və təhqir edilməsinə yönəlmiş “reket jurnalistika”-ya xas əməllər törətməsini nəzərə alaraq ona məxsus “Demokratik Az” saytının lisenziyasının ləğv edilmısini, yalan məlumatların yayılmasının qarşısının alınmasını və qanunvericiliyə uyğun olaraq, Rzayev Osman Nəriman oğlu barəsində uyğun olan digər cəza tədbirlərinin görülməsini, Sizdən xahiş edirəm.

    Göygöl rayon Balçılı kəndində yaşayan, hal-hazırda Göygöl RMX PHŞ direktoru vəzifəsində işləyən Əliyev Vasif Şahin oğlu