Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyevin iştirakı ilə Yasamal rayonunda növbəti səyyar qəbul keçirilmişdir. Səyyar qəbul zamanı mənzil təminatının yaxşılaşdırılması, evlərin sənədləşdirilməsi,rayon ərazisində su, qaz, işıq təchizatı, infrastruktur və.s. məsələlər barədə vətəndaşların problemləri dinlənildi. Suallar ətraflı cavablandırıldı və sakinlərin müraciətləri ilə bağlı müvafiq tapşırıqlar verildi. Bəzi məsələlər nəzarətə götürüldü.