Bayden inflyasiyaya ad qoydu: "Putin bahalaşması..."

"Putin bahalaşması" mayda buraya və bütün dünyaya ciddi zərbə oldu. Benzin və ərzaqda yüksək qiymət artımı var. Rusiya Ukraynaya müdaxilə edəndən bəri bir çox ştatlarda benzinin bir qalonu 2 dollar artıb.

Sabahinfo.az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

Qeyd edək ki, may ayında ABŞ-da istehlak qiymətləri 8,6% artıb. Bu, 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.