Bayram öncəsi qəbul

Millət vəkili Rəşad Mahmudov tərəfindən keçirilən növbəti vətəndaş qəbulunda rayon sakinlərinin müxtəlif sahələri əhatə edən müraciətləri dinlənilib. Qəbul zamanı sosial təminat, səhiyyə, məşğulluq, infrastruktur və digər aktual məsələlərlə bağlı qaldırılan problemlərin bir qismi yerindəcə izah edilib və həllinə dair müvafiq tövsiyələr verilib, araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb. Qəbulda YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak etmişdir. 

Vətəndaşlarla birbaşa ünsiyyətin, onların problemlərini yerində dinləməyin və real vəziyyətlə tanış olmağın vacibliyi xüsusi vurğulanıb. Bu cür qəbulların regionlarda mütəmadi şəkildə davam etdiriləcəyi bildirilib.