Azərbaycan ikinci gümüş medalını qazandı - YENİLƏNİB - FOTO

sabahinfo.az  apasport.az-a istinadən xəbər verir ki, idmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparıb. Final görüşü olduqca gərgin keçib. 4 dəqiqə 35 saniyə davam edən mübarizədə rəqibinə ipponla məğlub olan Qasımov gümüş medalla kifayətlənib.