Azərbaycan Pakistana ticarət missiyası göndərəcək

Azərbaycan 2017-ci ildə Pakistana ticarət missiyası göndərməyi planlaşdırır.

 

Bunu Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, gələn il yanvarın sonu-fevralın əvvəlində biz Pakistana ticarət missiyası göndərməyi planlaşdırırıq:

 

"Səfərin məqsədi iki ölkə arasında müxtəlif çeşidli məhsulların ticarət dövriyyəsini artırmaqdır”.

 

Qeyd edəki ki, 2016-ci ilin noyabrında Azərbaycan ixracatın həcmini artırmaq məqsədilə müxtəlif ölkələrə ticarət missiyası göndərib. Artıq Çinə və BƏƏ-yə missiyalar göndərilib. İlin sonunadək analoji missiyanın Misirə göndərilməsi planlaşdırılır.