Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov finala yüksəlib.
sabahinfo.az xəbər verir ki, Rüstəm Orucov yarımfinal mərhələsində İsrail təmsilçisi Saqi Mukini məğlub edib.
20:09
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov yarımfinala yüksəlib.
sabahinfo.az xəbər verir ki, Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıMiklos Unqvarını məğlub edib.
Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) -Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.
19:12
Azərbaycan cüdoçusu Rüstəm Orucov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinə adlayıb.
sabahinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Avstraliya idmançısı Jake Bensted üzərində ipponla qələbə qazanıb.
Təmsilçimiz növbəti mərhələdə Macarıstan təmsilçisi Miklos Unqvarı ilə qarşılaşacaq.
18:35
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov ilk görüşünə çıxıb.
sabahinfo.az Report-a istinadən xəbər verir ki, 25 yaşlı idmançı 1/16 finalda Didar Xamza ilə qarşılaşıb.
Görüş Orucovun qələbəsi ilə yekunlaşıb. Rəqibi 3 dəfə cərimələndiyi halda, onda bu göstərici 2 olduğu üçün mərhələ adlayıb. Növbəti mərhələdə rəqib Ceyk Bensted (Avstraliya) olacaq.