Azərbaycan valyuta bazarının həftəlik icmalı - Cədvəl

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0017 manat (0,16 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0492 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

20 aprel

1,0502

27 aprel

1,0499

21 aprel

1,0506

28 aprel

1,0498

22 aprel

1,0506

29 aprel

1,0494

23 aprel

1,0506

30 aprel

1,0487

24 aprel

1,0502

1 may

1,0482

Həftə ərzində orta

1,05044

Həftə ərzində orta

1,0492

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0353 manat (3,1 faiz) artıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,15436 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi

20 aprel

1,1333

27 aprel

1,1396

21 aprel

1,1269

28 aprel

1,1419

22 aprel

1,1267

29 aprel

1,1510

23 aprel

1,1252

30 aprel

1,1644

24 aprel

1,1332

1 may

1,1749

Həftə ərzində orta

1,2906

Həftə ərzində orta

1,15436

Ötən həftə 1 unsiya qızılın dəyəri 5,1636 manat (0,39 faiz) azalıb. Müvafiq olaraq, qızılın orta qiyməti 1255,10654 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi

20 aprel

1263,7582

27 aprel

1242,0317

21 aprel

1257,0429

28 aprel

1259,7600

22 aprel

1255,7822

29 aprel

1268,7246

23 aprel

1249,4261

30 aprel

1267,8783

24 aprel

1245,2747

1 may

1237,1381

Həftə ərzində orta

1254,25682

Həftə ərzində orta

1255,10654

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.