Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün verilə bilər.
Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır.
"Azərbaycan Beynəlxalq Olimpiya Komitısinin bəzi tələblərini yerinə yetirməlidir. Məsələn, su idman növləri üzrə bizdə tamaşaçı yeri 6 mindir. Amma tələb 18 mindir. Yəqin ki, gələcəkdə şərtlər güzəştli olacaq".
Çingiz Hüseynzadə isə qeyd edib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək.
" Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər”