Bu gün Bərdə rayonunda qətl törədilib. Sabahinfo.az xəbər verir ki, rayon ərazisində Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Mirzəmmədov Həsrət Sabir oğlunun meyiti tapılıb. Məlum olub ki, onu Şor Kanal adlanan ərazidə şəxsiyyəti hələlik açıqlanmayan şəxs döyərək öldürüb.
Qətli törədən şəxs artıq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.